Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü

Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

S.Abbasov saat 01:35 radələrində idarə etdiyi “Kamaz” markalı avtomobillə Zabrat qəsəbəsində yerləşən “Ayxan market”in qarşısında yolu keçən piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə: qafqazinfo.az