Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO

Ermənistanın məşhur gölü acınacaqlı durumda - VİDEO

Ermənistanda ekosid cinayətləri ilə bağlı faktlar artmaqdadır.

Bu barədə yerli media məlumat yayıb. "Mamul" nəşri yazıb ki, bu dəfə ekoloji problem ölkənin məşhur göllərindən birində aşkarlanıb. Belə ki, sosial şəbəkələrin erməni seqmentində gölün zibillənməsi və kimyəvi maddələrin balıqları məhv etməsinə dair yayılmış video geniş müzakirələrə səbəb olub.

Yerli sakinlərdən birinin çəkdiyi videoda vətəndaş həyəcan təbili çalaraq deyib: "Son zamanlar Şirak bölgəsinin Lusaqbyur kəndindəki "Smaverdi" gölündə balıq populyasiyalarının kəskin azalması qeydə alınırdı. Hazırda isə gölün xoşagəlməz qoxusu var və bura antisanitar vəziyyətdədir. Hakimiyyət orqanları bunun səbəbinin sudakı oksigen çatışmazlığı ilə əlaqələndirirlər".

Saytlar isə yazırlar ki, hələlik ölkədə qızmar yay müşahidə olunmur və göllərdə quruma və ya oksigen problemi yaşanmamalıdır. Əslində isə bu, sakinlərin gölü zibilləməsinin nəticəsidir. Kadrlardan da göründüyü kimi, gölün ətrafında və suda xeyli zibil var.

Müəllif: Tural

Mənbə: publika.az