Ağdaşda avtomobili ildırım vurub.
Hadisə iyunun 11-də gecə saatlarında Ağdaş rayonunun Ləki kəndində baş verib. Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı avtomobil ildırım vurması nəticəsində yanıb.
Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.
Mənbə: apa.az