Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaşımız Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.
Qeyd edilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.
Mənbə: publika.az