Tovuzda yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə rayonun Əsrik qalası yolu ərazisində baş verib.
Hərəkətdə olan avtomobilin qəzaya uğraması nəticəsində 1994-cü il təvəllüdlü İ.Nağıyev ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov
Mənbə: bizim.media