Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Kiyevə raket hücumu – Ölən və yaralılar var –

İlkin məlumatlara əsasən, Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb, 25 nəfər yaralanıb. Təmizləmə işləri davam edir.

Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.

Kiyevin 9 rayonunda çoxmərtəbəli yaşayış binaları və digər mülki infrastrukturlarda dağıntılar qeydə alınıb.

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, hava hücumu zamanı paytaxtın 50 lokasiyasında dağıntılar olub.


Hava hücumu zamanı Kiyevə 30-a yaxın ballistik və qanadlı raket, yüzlərlə zərbə dronundan istifadə edilib.


Mənbə: bizim.media