Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.
Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.
R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Mənbə: publika.az