Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb.
2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Mənbə: publika.az