Qəbələdə maşın 16 yaşlı piyadanı vurub

Qəbələdə maşın 16 yaşlı piyadanı vurub
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rabil Abdullayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az