Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləyin sürəti gecəyə doğru zəifləyəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, sabah gün ərzində mülayim cənub-şərq küləyi əsəcək.
Mənbə: bizim.media