“TikTok”da söyüş söyən şəxs HƏBS EDİLDİ

“TikTok”da söyüş söyən şəxs

“TikTok”da cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə sosial şəbəkədə canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqiramiz ifadələr səsləndirib.

Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib.

Mənbə: bizim.media