Heydər Əliyev prospektində ağır qəza - Xəsarət alanlar var-Fotolar

Heydər Əliyev prospektində ağır qəza - Xəsarət alanlar var-Fotolar

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, prospektdə hərəkətdə olan “Hyundai ix35” markalı minik avtomobili ilə “Changan” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, qəza nəticəsində xəsarət alanlar var.

Qəza səbəbindən prospektdə avtomobillərin hərəkətində ciddi sıxlıq qeydə alınıb.


Mənbə: qafqazinfo.az