Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib.

Bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
Onun sözlərinə görə, Nəriman Həsənzadə xəstəxanada müalicə alır.
"Xalq şairi Nəriman Həsənzadə iki-üç gündür xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir",- deyə Rauf Aslanov bildirib.

Mənbə: www.bakupost.az