Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmirdə 28 yaşlı kişi 3 bıçaq xəsarəti alıb.

Hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb. Belə ki, kənd sakini Quliyev Ülvi Teymur oğlu naməlum şəraitdə 3 bıçaq xəsarəti alıb.

Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media