“Böyük Dəbilqənin altıqat qalibi, almaniyalı Boris Bekker həbsxanadakı düşüncələri və vaxtından əvvəl azadlığa buraxılmasına reaksiya barədə danışıb.
Bekker bu barədə “The Telegraph” nəşrinə müsahibəsində bildirib:
“Həbsxanaya düşəndə sözün əsl mənasında hər şeyi itirirsən. Geriyə qalan tək şey kimliyin, xarakterindir. Buna görə də öz içinə dərindən nüfuz edib soruşmağa məcbur olursan: “Yaxşı, mən kiməm? Bu, məni öldürəcək, yoxsa daha güclü edəcək?”
İndi insanlar mənə baxır, başlarını yelləyir və deyirlər: “İnana bilmirəm ki, qayıtdın. Bunu necə etdin?” Sonra öz-özümə düşünürəm: “Nə demək istəyirsən? Qayıtdığım üçün sevinirsən, ya yox?”
Xatırladaq ki, Bekker müflis elan edildikdən sonra aktivlərini gizlətdiyinə və külli miqdarda pulu qanunsuz olaraq köçürdüyünə görə 2022-ci ilin aprel ayında London məhkəməsi tərəfindən 2,5 il həbs cəzasına məhkum edilmişdi. O, 2022-ci ilin dekabrında erkən azad edilərək Almaniyaya deportasiya edilib.
Mənbə: publika.az