Avtomobil kanala aşdı, 84 yaşlı kişi itkin düşdü

Avtomobil kanala aşdı, 84 yaşlı kişi itkin düşdü

Bu gün saat 10 radələrində Göyçay rayonunda ağır yol qəzası baş verib.

Cəyirli kəndi ərazisində “VAZ 2106” markalı avtomobil əvvəlcə “KİA” markalı avtomobillə toqquşub, daha sonra su kanalına düşüb.

Hadisə zamanı avtomobildə olan 84 yaşlı Ağalar Osmanov itkin düşüb. Onun tapılması istiqamətində tədbirlər görülür.

Mənbə: qafqazinfo.az