Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Kot-d'İvuarda son günlər baş vermiş daşqın nəticəsində 59 nəfər həyatını itirib.

Bu barədə hökumətin rəsmi nümayəndəsi Amadu Kulibali məlumat verib.

"Daşqınlar ölkədə 59 insanın həyatına son qoyub", - deyə o bildirib.

Ən çox qurban ölkənin iqtisadi paytaxtı olan Abican şəhərində qeydə alınıb. Ən böyük dağıntılar yoxsul əhalinin yaşadığı Attekube və Yopuqon məhəllələrində qeydə alınıb.

Bizim.Media

Mənbə: bizim.media