Rusiya ordusunun Ukrayna paytaxtına endirdiyi amansız kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı artıq 13 nəfərə çatıb. Dağıntılar altında qalan mülki şəxslərin axtarışı fasiləsiz davam edir. Hazırda xilasedicilər 15 yaşlı bir qızı və onun ailəsini dağılmış konstruksiyaların altından çıxarmağa çalışırlar.
Baş vermiş kütləvi insan tələfatı ilə əlaqədar olaraq sabah Kiyev şəhərində matəm günü elan edilib.
Hadisə yerlərində axtarış-xilasetmə işləri davam etdirilir.
Bizim.Media
Mənbə: bizim.media