Fələstinli qapıçı Salim Əl-Əşqarın İsrail əsgərlərinin açdığı atəş nəticəsində öldürüldüyü bildirilir.
Bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb:
“Xadamat Xan Yunis”in qapıçısı Salim Əl-Əşqar işğalçı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib”.
Çili futbol liqasında yer alan “El Club Deportivo Palestino” komandasının yaydığı açıqlamada deyilir:
“32 yaşlı fələstinli qapıçı Əl-Əşqarın faciəli ölümünə dərin hüznlə yas tuturuq. O, İsrail ordusu tərəfindən öldürülüb. Bu cür hadisələrin davam etməsindən çox kədərlənirik. Ədalət və sülh tələb edirik”.
Mənbə: publika.az