Bakıda "Prius" dəmir məhəccərə çırpıldı: Ölən var - VİDEO

Bakıda "Prius" dəmir məhəccərə çırpıldı: Ölən var -

Bakıda "Toyota Prius" markalı avtomobil qəza törədib.

“Oxu.az”a istinadən xəbər verilir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Mahir Bilal oğlu Vəliyev 77-EA-627 dövlət qeydiyyat nişanlı, "Toyota Prius" markalı avtomobilə idarəetməni itirib, nəqliyyat vasitəsi yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb.

Hadisə nəticəsində sürücü Mahir Vəliyev hadisə yerində aldığı xəsarətlərdən ölüb, avtomobildə olan sərnişin Fəridə Eman qızı Bədəlova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Mənbə: bizim.media