"Maysak" qasırğası Çinin Haynan adasını viran qoydu

"Maysak" qasırğası Çinin Haynan adasını viran qoydu

Çin Xalq Respublikasının Haynan ada vilayətinin cənub sahilləri "Maysak" qasırğasının təsirinə məruz qalıb.

Bu barədə məlumatı Çin Mərkəzi Televiziyası yayıb.

Təbii fəlakət Linşuy-Li muxtar bölgəsinə ciddi zərər vurub. Qasırğa zamanı küləyin maksimal sürətinin saniyədə 23 metr təşkil etdiyi bildirilir.

Adadan keçdikdən sonra - iyulun 4-də günün ikinci yarısında qasırğa Çinin Quansi-Çjuan muxtar rayonunun sahillərinə çatacaq.

Məlumata görə, "Maysak" 2026-cı il ərzində Çin ərazisində qeydə alınan ilk qasırğadır.

Mənbə: oxu.az