Kalinin öldü - Rusiyanın əsas İT biznesmenlərindən idi

Kalinin öldü - Rusiyanın əsas İT biznesmenlərindən idi

İT şirkəti olan "Aquarius"un keçmiş prezidenti və Rusiya İT bazarının qurucularından sayılan Aleksandr Kalinin 71 yaşında vəfat edib.

Bu barədə "IT Channel News" məlumat yayıb. Nəşr sahibkarın nümayəndəsinə istinad edib.

Kalinin ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Aleksandr Kalinin 1955-ci ildə Moskvada anadan olub. O, Moskva Mühəndislik Fizika İnstitutunu (MİFİ) bitirib və doktorluq dissertasiyasını müdafiə edib. 1978-ci ildən 1993-cü ilə qədər KQB-də xidmət edib, daha sonra Dövlət Rabitəsi və İnformasiya Agentliyində (FAPSI) çalışıb. O daha sonra bir neçə mühüm şirkətə rəhbərlik edib. Məşhur biznesmen 2020-ci ildə həbs olunmuşdu.

Mənbə: publika.az