İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı

İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) 05.07.2026-ci il tarixində saat 16:30 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

1959-cu il təvəllüdlü şəxsə sağ çiyin oynağının çıxığı diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Mənbə: bizim.media