ABŞ-da Müstəqillik Günü şərəfinə keçirilən tədbirlərin təşkilat komitəsi təcili təxliyə elan edib
Hazırda paytaxtın səmasını sıx buludlar örtüb, şimşək çaxır, küləyin gücü artıb.
Qonaqlardan ərazini tərk edərək yaxınlıqdakı nazirlik və idarələrin binalarında gizlənmələri xahiş olunur. Məxfi Xidmət (Secret Service) əlavə olaraq pis hava şəraitində ağacların altında gizlənməməyi tövsiyə edib.
Ağ Ev daha əvvəl Donald Trampın axşam çıxışını, ardınca isə bayram atəşfəşanlığının keçiriləcəyini elan etmişdi.
Təşkilatçılar proqramın bərpası və buraxılış məntəqələrinin açılması barədə əlavə məlumat verəcəklərini vəd edirlər.
Hüseyn İbadlı
Mənbə: publika.az