Sabirabadda avtomobilin vurduğu piyada öldü

Sabirabadda avtomobilin vurduğu piyada öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"a istinadən xəbər verilir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Gülxan oğlu Əsgərov yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az