Poroşenkonun fabrikində güclü yanğın – VİDEO

Poroşenkonun fabrikində güclü yanğın –

Ukraynanın paytaxtı Kiyevdə "Roshen" şirkətinin fabrik binasında yanğın baş verib.

Teleqram kanallarına istinadla xəbər verilir ki, hadisə raket hücumları fonunda qeydə alınıb.

Yanğın səbəbindən 500 nəfər evakuasiya edilib.

Hadisənin səbəbi, dağıntıların miqyası və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.


Qeyd edək ki, "Roshen" dünyanın ən iri qənnadı məhsulları istehsalçılarından biridir və şirkətin təsisçisi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkodur.


Bizim.Media

Mənbə: bizim.media