Bildirilib ki, kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində azı dörd nəfər xəsarət alıb, onlardan üçü əməliyyat olunub.
Hadisə partiyanın Dəkkə dairəsi üzrə koordinatoru Nabila Tasnidin çıxışı zamanı qeydə alınıb. Partlayış izdiham arasında çaxnaşma yaradıb - sosial şəbəkələrdə yayılan videolarda iştirakçıların panika içərisində qaçaraq xilas olmağa çalışdığı görünür. Qeyd edək ki, sözügedən aksiya Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı tələbə etirazlarının ikinci ildönümünə həsr olunmuşdu.
Hökumət rəsmiləri hələlik partlayışın rəsmi səbəbini açıqlamayıb və hər hansı həbs barədə məlumat verməyib. Bu insident Banqladeşdəki siyasi tədbirlərdə təhlükəsizliyin təmin edilməsi məsələlərini yenidən gündəmə gətirib.
Mənbə: oxu.az