Ayla qəzadan sonra ilk dəfə yeridi - VİDEO

Ayla qəzadan sonra ilk dəfə yeridi - VİDEO

Ötən il ağır yol-nəqliyyat qəzası nəticəsində yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) uzun sürən reabilitasiya prosesindən sonra yenidən yeriməyə başlayıb.

Müğənni bu barədə sosial şəbəkə hesabında video paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.

O, paylaşımında bunları qeyd edib:

“Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusansa, təslim olmağa tələsmə. Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım”.

Xatırladaq ki, Ayla Şiriyeva ötən il Şahdağdan qayıdarkən ağır avtomobil qəzasına düşmüş, aldığı xəsarətlər səbəbindən uzun müddət müalicə və reabilitasiya prosesi keçmişdi.

Qeyd edək ki, Aila Rai 2018-ci ildə Türkiyənin məşhur “O səs Türkiyə” müsabiqəsində iştirak edib.

Mənbə: musavat.com