Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi

Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi

Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.

Ölkə.az-a istinadən xəbər verilir ki, 52 yaşlı Əhmədov Elşən Nadir oğlu Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub.

O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. E.Əhmədov Azərbaycana qayıtmaq məqsədilə göyərtəni tərk edib.

Atasının yasında iştirak üçün vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Elşən Əhmədovun meyiti hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Qeyd edək ki, mərhum Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı.

Mənbə: qafqazinfo.az