Ağdam Rayon Mərkəzi Xəstəxanasında əməliyyata hazırlaşan xəstə vəfat edib.
52 yaşlı yaşlı Beyləqan rayon sakini Məmmədov Qərib Qanboy oğlu Goranboy Rayon Mərkəzi Xəstəxanasından əməliyyat olunması üçün Ağdam Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Q.Məmmədov hazırlıq məqsədilə müayinədən keçdikdən sonra ürəyi qəfil dayanıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az