İtaliyada asayiş keşikçiləri Kalabriya mafioz qruplaşması "Ndrangeta"ya qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 80-ə yaxın şəxsi saxlayıblar.
Bu barədə TASS agentliyi yerli polis mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, saxlanılanlar hədə-qorxu ilə tələb etmə, odlu silahın qanunsuz saxlanması və gəzdirilməsi, soyğunçuluq, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi məqsədilə əlbir olmaqda ittiham edilirlər.
Hüquq-mühafizə idarəsinin açıqlamasına əsasən, tutulanlardan 73-ü barəsində həbs qətimkan tədbiri seçilib, daha altı nəfər isə ev dustaqlığına məhkum edilib.
İstintaq müəyyənləşdirib ki, əvvəllər əsasən ölkənin cənub bölgələrində fəaliyyət göstərən bu cinayətkar şəbəkə artıq xeyli vaxtdır ki, İtaliyanın şimal regionlarına və bir sıra digər Avropa dövlətlərinə də nüfuz edib.
Mənbə: oxu.az