Qəzzada uşaqları indi də “suçiçəyi” öldürür

Qəzzada uşaqları indi də “suçiçəyi” öldürür

Qəzzada ağır humanitar vəziyyət fonunda son iki həftə ərzində 9 min 300 suçiçəyi yoluxması qeydə alınıb.

BMT-nin məlumatına görə, bölgədə tibbi ləvazimatların təcili çatdırılmasına ehtiyac var. Əks halda xəstəliyin daha da yayılması və ölüm hallarının artması riski yüksəkdir.
Mütəxəssislər yoluxmaların artmasını dağıdılmış infrastruktur, həddindən artıq sıxlıq, təmiz su və gigiyena vasitələrinin çatışmazlığı, eləcə də yay istisi ilə əlaqələndirirlər. Humanitar təşkilatlar Qəzzaya tibbi və humanitar yardımın maneəsiz çatdırılmasına çağırır.
Məlumata görə, Qəzza əhalisinin təxminən 80 faizi – 1,7 milyon fələstinli təmiz su və əsas yaşayış şəraiti olmayan çadır düşərgələrində yaşayır. Kanalizasiya sisteminin sıradan çıxması, tullantıların yığılması və gigiyenik şəraitin pisləşməsi yoluxucu xəstəliklərin yayılma riskini artırır.
Röya Rizvanzadə

Mənbə: www.bakupost.az