Ermənistanda həbs olunan Gümrü meri barəsində YENİ QƏRAR

Ermənistanda həbs olunan Gümrü meri barəsində YENİ QƏRAR


Ermənistan Antikorrupsiya Məhkəməsi müxalifətçi Gümrü meri Vardan Qukasyan barəsində qətiimkan tədbirini yumşaldıb və onu üç ay müddətinə həbsxanadan ev dustaqlığına buraxıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, o, rüşvət tələb etməkdə və digər əməllərdə ittiham edilir.
"Məhkəmə Vardan Qukasyan barəsində alternativ qətimkan tədbiri kimi üç ay müddətinə ev dustaqlığı və girov tətbiq edilməsinə dair qərar qəbul edib. Onun yazışmaları və telefon danışıqları, eləcə də müdafiəsi və onunla eyni evdə yaşayanlar istisna olmaqla, digər şəxslərlə görüşləri məhdudlaşdırılsın", - deyə hakim hökmü oxuyarkən qeyd edib.
O əlavə edib ki, ev dustaqlığı merin Şirak bölgəsindəki yaşayış yerində tətbiq olunmalıdır. Girov 15 milyon dram (təxminən 70 000 manat) məbləğində müəyyən edilib.
Xatırladaq ki, 20 oktyabr 2025-ci ildə təhlükəsizlik qüvvələri Gümrü meriyasında axtarışlar aparıb. Daha sonra Ermənistan Antikorrupsiya İdarəsi rüşvət istintaqı çərçivəsində Qukasyan da daxil olmaqla, 8 nəfərin həbs olunduğunu bildirib. Məhkəmə qərarı ilə mer azadlıqdan məhrum edilib. Daha sonra onun həbs müddəti uzadılıb. İyunun 5-də Qukasyana qarşı yeni ittiham irəli sürülüb ki, buna əsasən, o, respublikada hakimiyyəti ələ keçirməyə hazırlıqda təqsirləndirilib. Siyasətçiyə qarşı daha bir ittiham iyunun 26-da irəli sürülüb. İstintaq onu vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə etməkdə ittiham edib.

Mənbə: www.bakupost.az