Qaradağda zəncirvari QƏZA OLDU - 5-dən çox maşın...

Qaradağda zəncirvari QƏZA OLDU -

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-a istinadla xəbər verilir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Mənbə: www.bakupost.az