Ağır vəziyyətdə xəstəxanaya aparılan 1 yaşlı uşaq öldü

Ağır vəziyyətdə xəstəxanaya aparılan 1 yaşlı uşaq öldü

Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb.

Hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb.

Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az