ABŞ-ın Nyu-York şəhəri və ətraf ərazilərdə yağan güclü leysanlar daşqınlara və nəqliyyatda ciddi problemlərə səbəb olub.
Meteoroloqların məlumatına görə, bir neçə saat ərzində bəzi ərazilərə 100 millimetrədək yağıntı düşüb. Daşqınlardan ən çox Aşağı Manhetten, Bruklin və Kvins rayonları zərər görüb.
Pis hava şəraiti şəhər infrastrukturunun fəaliyyətinə də təsir edib. İctimai nəqliyyatda gecikmələr və fasilələr qeydə alınıb.
Leysanlar futbol üzrə dünya çempionatının final oyunundan bir gün əvvəl baş verib. Qarşılaşmanın Nyu-Cersi ştatındakı MetLife stadionunda, Nyu-Yorkun yaxınlığında keçirilməsi planlaşdırılır.
Mənbə: bizim.media