Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Ş.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Mənbə: publika.az