Çinin süni intellekt şirkəti “Moonshot AI” Honq-Konqda planlaşdırdığı “IPO” (səhmlərin ilkin kütləvi təklifi) ərəfəsində son investisiya turuna hazırlaşır.
Şirkət avqustda başlayacaq investisiya turunda 50 milyard dollar dəyərə çatmağı hədəfləyir.
Məlumata görə, “Moonshot AI” hazırda şirkəti 31,5 milyard dollar dəyərləndirən mövcud investisiya turunu yaxın günlərdə başa çatdıracaq. Bundan sonra isə yeni investorlarla növbəti maliyyələşdirmə mərhələsinə başlayacaq.
Mənbələrin bildirdiyinə görə, bu, şirkətin bu il baş tutması gözlənilən “IPO”dan əvvəlki son kapital cəlbi olacaq.
“Moonshot AI”nin hazırladığı “Kimi K3” adlı süni intellekt modeli yüksək performansı ilə diqqət çəkib və “OpenAI” ilə “Anthropic” şirkətlərinin qabaqcıl modellərinə yaxın nəticələr göstərib.
Şirkətin illik müntəzəm gəliri iyun ayında 300 milyon dollara yüksəlib. “Kimi K3” modelinin təqdimatından sonra isə gündəlik satışların ən azı 6 dəfə artdığı bildirilir.
Vüsalə Hüseynova,
BakuPost
Mənbə: www.bakupost.az