İranın yunan gəmi sahibi Corc Prokopiuya məxsus neft tankerini ələ keçirdiyi ehtimal olunur.
Bu barədə Financial Times (FT) peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, Oman sahilləri yaxınlığından Fars körfəzi istiqamətində hərəkət edən Kavomaleas tankeri iyulun 19-na keçən gecə iki mərminin hücumuna məruz qalıb. Zərbələr nəticəsində gəminin maşın şöbəsində yanğın baş verib və ekipaj təxliyə olunub.
Nəşr yazır ki, sonradan əldə olunan peyk görüntüləri tankerin İran tərəfindən ələ keçirilə biləcəyini göstərir.
Milyarder Corc Prokopiuya məxsus Dynacom şirkəti isə gəminin yedəyə alınması ilə bağlı heç bir əməliyyata razılıq vermədiklərini və hazırda tankerin yerini müəyyənləşdirməyə çalışdıqlarını açıqlayıb.
Mənbə: bizim.media