Sumqayıtda 26 yaşlı gənc bıçaqlandı

Sumqayıtda 26 yaşlı gənc bıçaqlandı

Sumqayıt şəhərində bıçaqlanma ilə nəticələnən insident baş verib.

Teleqraf-a istinadla xəbər verilir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

İlkin məlumata əsasən, 1996-cı il təvəllüdlü Elşən Nadir oğlu Şahverənov ilə 2000-ci il təvəllüdlü Anar Mirzəağa oğlu Ağamirzəyev arasında yaranan mübahisə zamanı sonuncu kəsici alətlə xəsarət alıb.

Yaralı dərhal tibbi müəssisəyə çatdırılıb və ona zəruri tibbi yardım göstərilib.

Əldə etdiyimiz məlumata görə Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü A.Ağamirzəyevin kəsici alətlə xəsarət alması barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü E.Şahverənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir. Münaqişənin hansı səbəbdən baş verməsi və hadisənin digər təfərrüatları istintaq zamanı müəyyənləşdiriləcək.

Mənbə: publika.az