Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız ölüb.
Rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. N ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az