Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı

Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı

Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Şağan-Buzovna yolunda “Niva” markalı minik avtomobili dönmə manevri edən “BYD” markalı avtomobilə çırpılaraq aşıb.

Nəticədə “Niva”da olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Bildirilib ki, hadisə vaxtı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş.

Mənbə: qafqazinfo.az