Yaponiyada güclü zəlzələ - Video

Yaponiyada güclü zəlzələ -

Yaponiyanın Kyusu adasının Kumamoto prefekturası ərazisində güclü zəlzələ baş verib.

Bu barədə Yaponiyanın milli meteorologiya idarəsi məlumat yayıb.

Bildirilib ki, adada 7,1, daha sonra isə 6,1 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanlardan sonra təxminən 30 afterşok olub.

Əvvəlcə sunami təhlükəsi elan edilsə də, sonradan təhlükə ləğv edilib.

Təbii fəlakət səbəbindən azı 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Yeraltı təkanlar nəticəsində bir sıra yolların zədələndiyini, bəzi evlərin dağıldığı bildirilir. Hadisə ilə əlaqədar Yaponiya hökuməti yanında operativ qərargah yaradılıb.

Yerli meteoroloqlar yaxın bir həftə ərzində ölkə ərazisində güclü zəlzələlərin təkrarlana biləcəyi barədə xəbərdarlıq ediblər.

Mənbə: qafqazinfo.az