Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə

Yəmən husilərinin silahlı qüvvələri Səudiyyə Ərəbistanına məxsus "NCC GHAZAL" neft tankerinə zərbə endirdiklərini bildiriblər.

Bu barədə "Irib" telekanalı məlumat yayıb.

Bəyanatda iddia edilir ki, gəmi Səudiyyə Ərəbistanına qarşı tətbiq olunan naviqasiya qadağasını pozduğu və əvvəlki xəbərdarlıqlara məhəl qoymadığı üçün bir neçə ballistik raketlə hücuma məruz qalıb.


Hərəkat nümayəndələrinin sözlərinə görə, zərbədən sonra tanker ərazini tərk etmək və kursunu dəyişmək məcburiyyətində qalıb.

Mənbə: bizim.media