Türkiyədə dəhşətli meşə yanğını - Video

Türkiyədə dəhşətli meşə yanğını -

Türkiyənin Muğla şəhərində genişmiqyaslı meşə yanğınları başlayıb.

“TRT Haber”ə istinadən xəbər verilir ki, Muğla valisi İdris Akbıyık son vəziyyətlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, yanğın şəhərin beş fərqli yerində baş verib.

Bildirilib ki, əraziyə 741 nəfər canlı qüvvə, 5 təyyarə, 18 helikopter, 20 su tankeri, 8 təcili tibbi yardım maşını cəlb olunub.

Vali həmçinin vurğulayıb ki, ehtiyat tədbiri olaraq 202 sakin təxliyə edilib.

Yanğın və qatı tüstü səbəbindən Antalya-Seydikemer avtomobil yolu bağlanıb.

Mənbə: qafqazinfo.az