Pakistanda kömür mədəni çöküb: Ölü sayı 34-ə çatıb - VİDEO

Pakistanda kömür mədəni çöküb: Ölü sayı 34-ə çatıb - VİDEO
Pakistanın Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində həyatını itirənlərin sayı 34 nəfərə yüksəlib.
Bu barədə "Geo" telekanalı məlumat yayıb.

Xilasedicilər axtarış işlərini fasiləsiz davam etdirirlər.

Dağıntılar altından daha altı cəsədin çıxarılmasından sonra Bəlucistan əyalətindəki kömür mədənindəki uçqun qurbanlarının sayı 34-ə çatıb.

Mədən sahibinin sözlərinə görə, hadisəyə metan qazının partlaması səbəb ola bilər. Faciə baş verən an yeraltı şaxtada 42 fəhlə olub. Hazırda dağıntılar altında qalan digər şaxtaçıların xilas edilməsi üçün əməliyyat aparılır.

Mənbə: oxu.az