Bərdədə kişi kanala yıxılaraq boğuldu

Bərdədə kişi kanala yıxılaraq boğuldu

Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.

Report-a istinadla xəbər verilir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az