Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə ilk məhkəmə baxışı keçirilib.
Baku TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda cinayət işinin yenidən araşdırılmasına start verilib.
Proses hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutub. Məhkəmə iclasında İlduzə Hacıyevanın ev dustaqlığında qalması barədə əvvəlki qərar qüvvədə saxlanılıb.
Məlumata görə, prosesdə hadisə zamanı İlduzə Hacıyevanın idarə etdiyi icarə avtomobilinin şirkət nümayəndəsi də iştirak edib.
Şirkət nümayəndəsi bildirib ki, avtomobil təhvil alınarkən çəkilən görüntülərə baxılıb və nəqliyyat vasitəsində hər hansı zərər qeydə alınmayıb. Bildirilib ki, bu ifadədən sonra İlduzə Hacıyeva həmin məsələ üzrə yalnız şahid qismində dindirilə biləcək.
Mənbə: bizim.media