İranda zəlzələ olub

İranda zəlzələ olub

Bu gün İranın Semnan əyalətinin Dibac şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.

Zəlzələ saat 12:58-də qeydə alınıb. Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Hələlik təbiət hadisəsi nəticəsində dağıntılar və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Qeyd edək ki, dünən də Semnan əyalətlərinin Əmiriyyə bölgəsində 4,5 bal gücündə zəlzələ baş vermişdi.

Səid

Mənbə: sitat.info