Türkiyənin Samsun şəhərində yaşayan 13 yaşlı Aras Talha Çağlayan 2023-cü ildə yaratdığı dili əsas götürərək Boliviyada yerləşdirdiyi xəyali bir ölkə qurub.
Türkiyə mediasına istinadən xəbər verilir ki, Aras "Sufi" adını verdiyi ölkə üçün özünəməxsus əlifba, bayraq, pul vahidi, rəsmi simvollar və 18 maddədən ibarət konstitusiya hazırlayıb.
O bildirib ki, təxminən 1000 nəfərlik əhaliyə malik ölkəsində prezident idarəetmə sistemi qurub. Xəyali ölkədə Nazirlər Kabineti, xəstəxanalar və müxtəlif peşə sahiblərinin də olduğunu deyən Aras, gələcəkdə "Sufi"ni bütün dünyaya tanıtmağı hədəflədiyini vurğulayıb.
Arasın sözlərinə görə, bu dil əvvəlcə sinif yoldaşlarının qeydlərini oxumasının qarşısını almaq üçün yazılarını şifrələmək məqsədilə yaranıb. Daha sonra isə o, dili inkişaf etdirərək əlifba hazırlayıb və bu ideyanı xəyali bir dövlətə çevirib.
Müəllif: Roza
Mənbə: publika.az